Rəna Əfəndi

http---tiyatrolar.com.tr-files-contributer-r-rena-effendi-gallery-7425-rena-effendi-7425.jpg

Çox vaxt qadınlar öz tədqiqat mövzularına “yapışıb” qalmalarının lazım olduğunu düşünürlər. Buna baxmayaraq, siz göstərirsiniz ki, universitetdə oxuduğunuzdan tamamilə fərqli bir peşə əldə etməyiniz mümkündür. Bu dəyişməni etməkdən qorxdunuzmu?

Universitetdə dilçilik öyrəndim və əvvəlcə tərcüməçi olaraq çalışdım, amma daha sonra karyeraları dəyişdirdim və iqtisadi mütəxəssis oldum, yalnız onu da dəyişdirdim və fotoqrafiya sahəsində karyeramı davam etdirdim. Xeyr, mən peşəkar həyatımda dramatik dəyişikliklər etməkdən heç vaxt qorxmadım, çünki cansıxıcılıq və motivasiya olmaması məni daha da qorxudur.

“Xeyr, mən peşəkar həyatımda dramatik dəyişikliklər etməkdən heç vaxt qorxmadım, çünki cansıxıcılıq və motivasiya olmaması məni daha da qorxudur.”

Hər yerə, bəzən bir çox təhlükəli ölkələrə səyahət edirsiniz. Azərbaycanda bir çox insan deyəcək ki, bu, bir qadının etməli olduğu şey deyil. İnsanların bu münasibətini necə dəyişə bilərik?

Təhsil, münasibəti dəyişməyə kömək edir. Məktəblərdə qızları yalnız müəyyən işlər üçün və ya evlilik üçün yetişdirmək yerinə onlara istədikləri hər şey ola biləcəklərini öyrədə bilərik. Bakıda Dillər İnstitutundan məzun oldum, bu qızların həm təhsil üçün göndərildikləri, həm də nəticə etibarı ilə nişanlandırıldıqları tipik bir yer idi. Bəzi qızlar, hamiləliklərini yekun imtahanlara planlaşdırırdılar. İqtisad Universitetindən olan oğlanlar  potensial gəlini izləmək üçün dərslərdən sonra çöldə sıra ilə düzülürdülər. Bu 90-cı illərdə idi, ümid edirəm ki, o vaxtdan etibarən bəzi şeylər dəyişmişdir və müəyyən karyera yollarına daha çox çarpaz pollinasiya və daha az gender təyinatı var. Zehni dəyişiklik də ailələrlə evdə baş verməlidir. Valideynlər, öz təbiətlərindən asılı olmayaraq, qızlarına arzularının və karyeralarının arxasınca getməkdə məhdudiyyət yaratmalı deyillər. Bir çox ailənin təhsilin əhəmiyyətini anladığı görünür, ancaq hələ diplomla qadının daha firavan həyat yaşayan gəlin olduğuna dair bir fikir var, beləliklə qadının diplomu onun iş əldə etməsi üçün deyil, daha yaxşı cehiz üçün dayaq və ya qiymətləndirmə çipi olmaq üçün bir vasitəyə çevrilir. Anam həmişə mənim bir iş tapmağımı istəyirdi, amma mən fotoqrafiya üzrə beynəlxalq karyera axtarışının qeyri-müəyyənliyi üçün ABŞ səfirliyindəki işimi aylıq əmək haqqı ilə tərk etdiyim zaman o, şok vəziyyətində idi. Amma bunun üzərində təkid etdim və heç vaxt geri baxmadım. Mən bunu daha əvvəl etməli idim.

“Təhsil, münasibəti dəyişməyə kömək edir. Məktəblərdə qızları yalnız müəyyən işlər üçün və ya evlilik üçün yetişdirmək yerinə onlara istədikləri hər şey ola biləcəklərini öyrədə bilərik.”

Azərbaycanlı bir qadın olmağınızın, istər Azərbaycanda, istərsə də xaricdə olsun, sizin üçün bir problem olduğunu hiss etdinizmi? 

Mən cinsiyyətim və etnik mənsubiyyətim tərəfimdən sıxışdırılmadığım üçün həmişə çox şanslı və ya çox inadkar olduğumu hiss etmişəm. Bir fotoqraf kimi başladığım zaman gənc mütəxəssislər, xüsusilə də qadınlar və qeyri-qərb ölkələrindən olanlar üçün çox sayda qrant var idi, lakin çox rəqabətli idi və faktiki jurnal təyinatlarını əldə etmək çətin idi. Bu və ya digər səbəbə görə, qərbli olmayan birinin və xüsusilə də gənc bir qadının Qərb nəşri üçün öz yerli regionu xaricində təyinat üzrə göndərilməsinin çətinliyini hiss etdim. Onlar bizi- yerli fotoqraflar adlandırdılar və Qərbli gənc fotoqrafların (xüsusilə də, kişilərin) şəkilləri bütün dünyaya göndərildiyi halda, bizi hamı kimi davranmağa məcbur etdilər. İndi bu mənzərə dəyişir, qadınlar sənaye sahəsində daha çox iştirak edirlər və mən getdikcə daha çox müxtəlifliyin yarandığını hiss edirəm.


Sizcə, beynəlxalq şirkətdə işləməklə Azərbaycanda iş qadını olmaq arasında fərq var?

Mən 19 yaşımda tərcüməçi olaraq Azərbaycan Beynəlxalq Neft Şirkətində işə başlamışam. Bu, 11 çoxmillətli neft şirkətinin və ölkədə ən böyük xarici müəssisənin şirkəti idi, bu hadisə 1996-cı ildə oldu. Mən heç vaxt Azərbaycan şirkətində işləməmişəm, buna görə müqayisə edə bilmirəm. 

 

İş həyatında və ailədə müvəffəqiyyətli olmaları üçün gənc azərbaycanlı qızlara nə tövsiyə etmək istərdiniz?

Mən demək istərdim ki, güclü olsunlar və heç vaxt öz xəyallarından imtina etməsinlər. Öz xarakterinə, istəyinə uyğun şəkildə davran, çünki aid olmadığın bir yerdə olmaqdan daha pis bir şey yoxdur. Biz qadınların əksəriyyəti təzyiqlərə məruz qalaraq, öz istəyimizi əks etdirməkdən daha çox güzəşt xarakteri daşıyan mövqelərə doğru yanlış yönləndirilmənin qarşısını almalıyıq. Lütfən, güzəştə getməyin, sadəcə ürəyinizi dinləyin və lazım olduqda, öz istəkləriniz barədə israr edin, çünki bunu etməyin indi tam vaxtıdır. 

“Biz qadınların əksəriyyəti təzyiqlərə məruz qalaraq, öz istəyimizi əks etdirməkdən daha çox güzəşt xarakteri daşıyan mövqelərə doğru yanlış yönləndirilmənin qarşısını almalıyıq.”


Gənc qadınların uğur qazanması üçün yüksək vəzifələrdə olan qadınlardan kömək alması vacibdirmi?

Məncə qadınlar ilə kişilər heç vaxt bir-birinə qarşı deyil. Kişilər, eləcə də, qadınlar eyni dərəcədə mənə karyeramda kömək etdilər. Sizə inanan digər insanların dəstəyi ilə karyeranızda necə inkişaf edəcəyinizə dair dəqiq qayda və qanun yoxdur. 

Öz biznesinə başlamaq istəyən qadınlara başlıca tövsiyəniz nə olardı?

İşin istənilən sahəsində liderlik keyfiyyətləri özümüzdə inkişaf etdirməli olduğumuz xüsusiyyətlərdir və liderlik mənim üçün sadəcə, idarə edən, təşəbbüskar, xarizmatik və şöhrətpərəst mənasını ifadə etmir. Liderlik eyni zamanda empatiya, tamlıq və təvazökarlıq deməkdir. Bu cəhətlər kişi və qadın olmasından asılı olmayaraq, uğur qazanmaq istəyən hər bir insan üçün vacib xüsusiyyətlərdəndir. Mənim üçün uğur sadəcə gəlir demək deyil, uğur daha çox özümüzdən sonra miras qoyduqlarımızla ölçülən anlayışdır. Bizim daha müsbət rol modellərə ehtiyacımız var, bizim daha yaxşı liderlərə ehtiyacımız var. 

“Mənim üçün uğur sadəcə gəlir demək deyil, uğur daha çox özümüzdən sonra miras qoyduqlarımızla ölçülən anlayışdır.”

 

 

Gunel Hasanova