Nigar Mahmudova

351b3269-d751-49c8-89ae-6ebc54.jpg

Siz uşaq ikən valideynlərinizlə çox sıyahət etmisiniz, bir neçə ölkədə yaşamısınız. Siz bir azərbaycanlı qadın kimi istər Azərbaycanda istərsə də, xaricdə problemlərlə üzləşmisinizmi?

Mən elə bir ölkədə böyümüşəm ki, o, artıq yoxdur. Söhbət SSRİ-dən gedir. İndi inanmaq bəlkə də çətindir. Amma o zamankı kimliyimizi Mayakovski öz Pasport şerində yaxşı dilə gətirmişdi. Biz Sovet İttifaqının qürurlu vətəndaşları idik. Bunu mən xüsusən, Cənubi Amerikada yaşayanda yaxşı hiss edirdim. Mən super güclü bir ölkənin vətəndaşı idim və heç kim bu ölkə ilə hesablaşmaya bilməzdi. SSRİ müxtəlif millətləri təmsil edən insanlarin birliyindən ibarət idi.  

Mənim ailəm həmişə Azərbaycan incəsənətinə və ənənələrinə ehtiramla yanaşıb. Mən bunları həmişə hiss etmişəm. Sovet İttifaqının gücü və Azərbaycanın gözəl musiqisi, rəngarəng və inkişaf etmiş mədəniyyəti, poeziyası, inkişaf etmiş elmi, ləzzətli və zəngin mətbəxi mənim bir şəxs kimi yetkinləşməyimdə rol oynayıb və mənim Azərbaycan millətimə mənsubiyyətimi təsdiq edərək güclü kimlik hissi yaradıb.

Mən Azərbaycan qızı olmağımla həmişə fəxr etmişəm və edirəm. Bu ölkə əsrlər boyu dünyaya çox sayda bacarıqlı şəxsiyyətlər bəxş edib. Mən Səməd Vurğunun Azərbaycan şerini sevərək böyümüşəm. Bu gün də bu şeri eşidəndə azərbaycanlı olduğumu bird aha hiss edirəm. Bu şer Azərbaycana olan hislərimi və Azərbaycanın gözəl, incə və güclü qadınlarına olan münasibətimi gözəl təsfir edir. 

Siz qadın olaraq həyatda əsas hansı problemlərlə üzləşmisiniz?

Mən həyat təcrübəmdə baş verənlərə problem kimi baxmıram. Mən onları həyat yolumun bir hissəsi hesab edirəm. Səyahət edərkən enişli-yoxuşlu yollara rast gəlirsən. Bunlar həyatı daha da maraqlı edərək insane stimul verir. 

Mənim həyatda üzləşdiyim çətinliklər mənim nəslimdən olan başqalarının təcrübəsindən hec də fərqli deyil. Əlbəttə ki, həyatımı tamamilə dəyişən hadisə Sovet İttifaqının dağılması idi. Bu o demək idi ki, mən həyatımı molekulyar biologiyaya həsr etmək arzumu və planlarımı dəyişməli idim. Çünki, bu planlar artıq keçərsiz idi. 

O zaman elmi tədqiqat sahəsində qalıb işləməklə dolanmaq çətin olardı. Məhz buna görə də mən beynəlxalq bizneslə məşgul olmaq qərarına gəldim. İlk olaraq çoxmilyonluq şirkətdə satış təmsilçisi kimi işə başlayıb Qlobal Prezident vəzifəsinə kimi yüksəldim. Mən heç zaman qəbul etdiyim qərarlardan təəssüflənmirəm. Bu, istər mənim təhsillə bağlı, istərsə də, peşə seçimimə dair qərarlarıma aiddir. 

Sizcə Azərbaycanlı qadınlar işdə və evdə əsasən hansı problemlərlə üzləşirlər? Biz onlara bu problemləri həll etmək üçün necə kömək edə bilərik?

Bilmirəm əsas vurğu qadın, yoxsa Azərbaycan sözündə olmalıdır. Unutmayın ki, Azərbaycan qadınlara kişilərlə bərabər seçki hüququnu verən ilk ölkələrdən biridir. Mənim ən çox sevdiyim abidələrdən biri Bakıdakı Azad Qadın heykəlidir. Məncə bu abidə millətimizin qadınlarının ruhunu əks etdirir. Bu ruh qədim ənənələrə və dünyaya açıq baxışa söykənir. Bizim ənənələrimiz qadınların gücləndirilməsinə söykənir. Bizdən əvvəlki nəsillər qadınların gender bərabərliyinə nail olmaq üçün çox iş görüb. 

Mən çalışdığım Mars şirkətində müxtəlifliliyi qəbul etmək üçün çox çalışıram. Mən buna çox inanıram. Şəxsi təcrübəmə və apardığım müşahidələrə əsaslanaraq deyə bilərəm ki, qadınlar peşələrindəki inkişafa gələndə iki ən böyük sınaqla üzləşirlər: 1) onların uğura olan inamları və ambisiyaları 2) hər cəmiyyətdə mövcud olan social münasibətlər və ayrıseçkilik.

 

Şəxsi təcrübəmə və apardığım müşahidələrə əsaslanaraq deyə bilərəm ki, qadınlar peşələrindəki inkişafa gələndə iki ən böyük sınaqla üzləşirlər: 1) onların uğura olan inamları və ambisiyaları 2) hər cəmiyyətdə mövcud olan social münasibətlər və ayrıseçkilik.

 

Yəqin ki, hər şey ailədən və valideynlərdən başlayır. Mənim bəxtim gətirmişdi ki, ailəmdə ambisiyaların gerçəkləşdirilməsindən danışanda qızlarla oğlanlar arasında fərq qoyulmurdu. 

Bizim üçün gender mühüm deyildi. Vacib olan istedad, istək, enerji, niyyət və işləmək qabiliyyətinin olması idi. Valideynlərim heç zaman qardaşımla mənim aramda fərq qoymayıb. Onlar bizim ikimizə də lazım olan inamı aşılayırdılar ki, arzu etdiyimiz hər şeyi gerçəkləşdirmək mümkündür. Mənimlə həyat yoldaşım iki qızımızı böyüdəndə eyni prinsiplərə əməl etmişik. Mən şadam ki, bu, öz bəhrəsini indi verir. Qızlarımız heç zaman imkanlarının gender ucbatından az olmasını fikirləşmirlər.  

Əgər hər bir ailədə eyni, yəni, uşaqları qız və ya oğlan olmalarından asılı olmayaraq, sevmək və dəstəkləmək lazımdır prinsipinə əməl olunsa, onda social ayrıseçkilik də aradan qalxacaq. Onda qızların arzuları yalnız Barbi həyatı ilə məhdudlaşmayacaq. 

Bizim üçün gender mühüm deyildi. Vacib olan istedad, istək, enerji, niyyət və işləmək qabiliyyətinin olması idi.

İş yerində, ya da ailədə uğurlu olmaq istəyən hər bir gənc azərbaycanlı qıza nə məsələhət verərdiniz?

Məndən tez-tez gənc qadınlara məsləhət verməyi xahiş edirlər. Mən həmişə bir bəyanatı verirəm. Heç zaman başqasının məsləhətini gözübağlı qəbul etməyin. Heç kim sizi, sizin istedadınızı və vəziyyətinizi sizdən yaxşı bilmir. 

İçinizdəki səsə qulaq verin və öz qərarlarınızı özünüz qəbul edin. Bu, sizin həyatınızdır və onu istədiyiniz və arzu etdiyiniz kimi yaşayın!

Mən həyatımda çox sadə bir prinsipə əməl edirəm. Sevdiyini et və etdiyini sev! 

Mənim gənc qadınlara, hətta kişilərə də bir məsləhətim olardı. Həyat partnyorunu, yəni yoldaşını ehtiyatla seçin!

Sizin arzularınızı sizinlə bölüşə biləcək, sizə dəstək verə biləcək, hər şeydə sizin yanınızda ola biləcək, uğur əldə edəndə sizin sevincinizi bölüşə biləcək həyat yoldaşının olması həyatda xoşbəxt və işdə uğurlu olmaq üçün cox vacibdir. Mənim bəxtim gətirib ki, məni sevən və hər seydə dəstəkləyən həyat yoldaşım var. Mən əminəm ki, onsuz qadın kimi belə inamlı, xoşbəxt və işimdə uğurlu olmazdım. 

 

Sizcə yüksək vəzifədə olan qadınlar gənc qadınlara uğurlu olmaları üçün kömək etməlidirlərmi?

Əlbəttə! Bir daha deyirəm ki, araşdırmalar göstərir ki, işlədiyin təşkilatda sponsorun olması uğur üçün vacibdir.  

Qadınlara gəldikdə isə bu, çox vacibdir. Çünki biz adətən özümüzə bənzər adamları dəstəkləyirik və yüksək vəzifələri hələ də qadınlardan çox kişilər tutur. Yadda saxlamaq lazimdir ki, gənc qadınları çox zaman yüksək vəzifədə çalışan qadınlar deyil, kişilər dəstəkləyir. 

Mən deyə bilərəm ki, qadınlar gənc qızları daha yaxşı koçinq edirlər. Çünki onlar özləri də çox vaxt bənzər həyat təcrübəsini keçirlər və ona görə də, çox incə şəkildə onlara yol göstərə bilirlər. 

Sizin menecer olmaq və ya öz biznesini qurmaq istəyən qadınlara məsləhətiniz nədir?

Ürəyinizdə nəyi tutmusunuzsa, ona da əməl edin. Əgər nəyisə arzu edə bilərsinizsə, deməli, onu həyata da keçirə bilərsiniz! 

Amma eyni zamanda əmin olun ki,işinizi qurmaq istəyirsinizsə, qurduğunuz plan tutarlıdır.  

 

Gunel Hasanova