Hüquqi Yardım

5d874b41-f28d-4c51-ac5b-c6a58d6470e8.jpg
 


Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilmişdir.
Qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 19 yanvar 2019-cu il tarixdə Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanası tərəfindən Şamaxı rayonunda yerləşən Heydər Əliyev adına Mərkəzdə saat 10:00-13:00-da ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur.
Bu kimi tədbirlər Respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcəkdir.

http://www.barassociation.az
*QAYNAR XƏTT: +994 12 594 08 70