Hansı biznes ideyasının sizin üçün uyğun olduğuna necə qərar vermək olar

Siz  öz şəxsi biznesinizi başlatmaq istəyirsiniz, lakin hardan başlamalı olduğunuzu bilmirsiniz? Kifayət qədər uğurlu ola biləcək biznes ideyaları mövcuddur - ancaq sizin üçün doğru olanı necə tapa bilərsiniz?

Sizin bacarıqlarınıza və şəxsi keyfiyyətlərinizə uyğun olan düzgün biznes ideyası barədə qərarınız ilk addımınızın vacib hissəsidir. Doğru biznes ideyasına qərar versəniz, sizin ideyanız maliyyə azadlığı və şəxsi yüksəliş üçün fürsət yarada bilər. Biznesə başlarkən yarana biləcək suallara cavab tapmaq istəyirsinizsə aşağıdakıları nəzərdən keçirə bilərsiniz.

Doğru biznes ideyasına qərar versəniz, sizin ideyanız maliyyə azadlığı və şəxsi yüksəliş üçün fürsət yarada bilər.

Biznesdən nə əldə etmək istəyirsiniz?

Bu, bəlkə də özünüzə verə biləcəyiniz ən vacib suallardan biridir. Bir biznesə başlamaq sadə bir iş deyil və biznesdə əsas məqsədinizin nə olduğuna qərar verməlisiniz. Bu işə əlavə gəlir mənbəyi kimi baxırsınız? Və yaxud digər insanlara kömək, cəmiyyətə faydalı fərd olmaq, maliyyə cəhətdən müstəqil gəlir əldə etmək məqsədi ilə yanaşırsınız?  “Nəyə görə” sözü biznesin başlanğıc mərhələlərində motivasiya edən vacib amillərdən biridir.  

“Nəyə görə” sözü biznesin başlanğıc mərhələlərində motivasiya edən vacib amillərdən biridir.  

Hansı sahədə daha yaxşısınız?

İkinci ən vacib məsələlərdən biri sizin mövcud bacarıqlarınızdan ibarətdir. Xüsusilə məsləhət ala biləcək dostlarınız və ailənizdən kimsə varmı? Fotoqraf və ya toxucu kimi bacarıqlarınız yoxdursa, başqalarına pul müqabilində təqdim edə biləcəyiniz digər bacarıqlarınız varmı? Məsələn sosial media marketinqi və satış üzrə bacarıq nümunlərini qeyd etmək olar. Uğurlu olduğunuz sahələrin siyahısını hazırlayın və hər bir uğurlu sahədə bacarıqlarınız üçün biznes fikirlərini düşünməyə çalışın. Tamamilə özünüzə məxsus bir ideya fikirləşə bilərsiniz!

Uğurlu olduğunuz sahələrin siyahısını hazırlayın və hər bir uğurlu sahədə bacarıqlarınız üçün biznes fikirlərini düşünməyə çalışın.

Hansı sahə ilə məşgul olmağı sevirsiniz?      

Şəxsi biznesə başlamaq və işləmək böyük fədakarlıqdır və sizə zövq verməyən sahədə qurduğunuz biznesdə heç bir zaman uğur əldə edə bilməzsiniz. Hər hansı bir biznesə çevrilə biləcək bir hobbiniz varmı? Boş vaxtlarınızda nə ilə məşğul olmağı xoşlayırsınız? Sevdiyiniz və sevmədiyiniz sahələri müəyyən edin və ümid edirəm ki, işləmək istədiyiniz sahələrin sayı müəyyən qədər azalacaqdır. 

Hansısa sahəyə marağınız var, lakin sahə haqqında biliyiniz yoxdur?

Yuxarıda göstərilən suallar, mövcud bacarıqlarınızı müəyyən etməyə kömək edir, lakin hər zaman maraq göstərdiyiniz bir sahə varsa, və bu sahədə hansı addımların atılacağını bilmirsinizsə, artıq bu sahəni öyrənməyə başlamanın zamanıdır. İnternet vasitəsilə sizin üçün aydın olmayan bacarığı öyrənmək daha asan və tamamilə ödənişsizdir. Çox gümanki, qrafik dizayn kursunu online əldə etmək istəyəcəksiniz və şirkətlərə bu xidməti satmaq imkanından yararlanacaqsınız. İmkanlar sonsuzdur.

Ümid edirik ki, verilən sullar ətrafında düşünərək, öz fikirlərinizi daha da dəqiqləşdirib biznes dünyasına addım atmağınıza kömək göstərəcəkdir. Əlavə ideyalarınız, təklifləriniz olarsa, bizimlə paylaşmağınızı xahiş edirik!  

Gunel Hasanova