2019cu Ildə Pul Yığmağın 7 Asan Yolu

Yeni il bayramın arxada qoyduğumuzu nəzərə alsaq hədiyyə almaq zamanının da sonuna gəlmişik deməkdir.Təzə ildə təzə qərarlar dövrünə keçid alırıq.Hədəflərinizin nə olmasından aslı olmayaraq bizim fikrimizcə pul yığmaq bu siyahıda mütləq olmalıdır.İstər kiçik biznesiniz üçün,istərsə də gözlənilməz vəziyyət üçün, aşağıdakı bəzi qızıl qaydalar sizə pul yığmağa kömək olacaq.

 

Xərçləmək detoksun yoxlayın

Təqviminizin bir neçə günün pul xərçləməmək üçün ayırın. Bu bir ayın 7 günü də ola bilər, həftənin üç günü də .Əgər əvvəldən özünüzə söz versəniz ki, pul xərçləməyəcksiz həm əlinizdəkilərlə qanə olmağı öyrənəcəksiz, həm də ani gələn almaq istəyinə güç gələcəksiz.

 

Hər həftə kənara eyni məbləğdə pul qoyun

Bunu etməyə çoxlu səbəbiniz var. İstər bu maaşınızın 10%i olsun, istərsə də 5 azn. Bu metod tamamilə asan və əziyyətsizdir və sizə əminliklə deyə bilərik ki, bir neçə aydan sonra yığdığınız pulu görəndə özünüzlə qürur duyacaqsınız!

 

Trendləri izləməyi unudun

Dünən kobud Balenciaga krossovkaları, bu gün isə hər yerdə ilandərisidir. Hər ay hansısa trend yaranır və gəldiyi kimi tez də gedir. Bütün yeniliklərlə ayaqlaşmağa çalışsaq bu büdcəmizə mənfi təsir göstərəcək. Əgər paltar alış-verişinə çıxırsızsa hər zaman dəbdə olan klassik parçalara üstünlük verin, beləliklə həm hər zaman dəbli görsənəcəksiz, həm də pulunuza qənaət etmiş olacaqsız.

 

Hədiyyə almaq üçün ortaq büdcə

Qarşidan Novruz bayramı gəlir. Dostlara və qohumlara hədiyyələr almağı planlaşdırırsızsa lotareya oynaya biləriz. Bu yolla özünüz pul xərçləmədən daha fərqli və dəyərli hədiyyə ala biləriz.

 

Geymədiyiniz əşyalarınızı satın

Əgər dolabınızda illərdir geymədiyiniz ayaqqabılar, paltarlar və ya çantalarınız varsa onlardan qurtulmaq vaxtı gəlib deməkdir. Bunu etməyin bir çox yolu var- Facebook, eBay, tap.az, İnstagram səhfələri və ya öz çevrəniz. Hər dəfə yeni paltarlar almaq yerinə, dostlarınızla bəyəndiyiniz geyimləri dəyişdirib geyinmək də bir variantdır.

 

Unutmayın-bəzən “yox” deyə bilərsiz

Ad günləri, toylar, qonaqlıqlar- bu cür yığıncaqlar nə qədər maraqlı olsa da hər çağrılan yerə getməyə də bilərsiz. Ev almaq və ya yeni biznesə başlamaq kimi böyük planlarınız varsa arada verdiyiniz rədd cavabın əsl dostlarınız da anlayacaq.

 

 

Pul xərcləmələrində etdiyimiz yanlışlar

Pul qarışıq məsələdir. Məktəbdə onu neçə idarə edəcəyimizi öyrətmirlər, şəxsi söhbətlərimizdə isə nadir hallarda bu mövzuya toxunuruq. Bu haqda danışmaq çoxları üçün diskomfort yaratsa da burda-Tıq Tıq Xanımda biz sizə pulunuzu düzgün idarə etmək üçün bir neçə effektiv yollar deyəcəyik.

 

Gələcək haqda düşünməmək

Gələcəyi planlamaq çətindir. Əgər siz ailə qurmağa, əmlak almağa və ya iş qurmağa hazırlaşırsınızsa, gələcək haqda düşünməyə indidən başlasanız yaxşı olar. Biz inanırıq ki, gələcəkdə yaşayacağınız davamlı xoşbəxtlik üçün bu günkü anlıq zövqlərin bəzilərindən imtina etmək lazımdır. Məsəl üçün əgər sizin əlinizdə əlavə 200 AZN varsa və siz bunu tez yeməyə ya da gəzməyə xərcləyirsizsə o pul sizin gözünüzə görsənməyəcək. Lakin o pulu öz inkişafınız üçün xərcləsəz həmin 200 manatın xeyrini dəfələrlə görəcəksiniz.

 

Büdcənin qurulmaması

Pul xərcləyəcəyiniz hər hansı bir iş görəcəksizsə mütləq büdcə çıxardıb ona uyğun hərəkət edin. Aylıq xərclərinizi kateqoriyalara bölüb xərcləyə bilərsiz. Misal üçün-kirayə pulu, yemək, şəxsi xərclər, təhsil və s. Əgər bir kateqoriyada limiti keçsəniz digərinin xərclərin azaldıb, büdcənizi tənzimləyin.

 

Yalnız kredir kart istifadə etməmək

Gələcəkdə başınıza bəla olacaq borclardan qurtulmağın ən yaxşı yoludur. Kredit kartlarının istifadəsində çox təhlükəli bir məqam var-onlar əlində olandan daha çox pul illuziyası verir, karti bir dəfə toxundurub keçirsiz və ödənişi naməlum gələcəyə buraxırsız. Bunu sizə heç tövsiyyə etmirik. Qısa zaman içində faiz dərəcəsi artacaq və sizə aldığınız qiymətdən daha çox ödəniş etdirəcək.

 

Özünüzün layiq olduğun tələb etməmək

Müdirinizlə maaşınız haqda danışandanda, nəyə layiq olduğunuzu müzakirə etmək çox vacibdir. Araşdırmalar göstərir ki, maaş mövzusunda qadınlar kişilərə nisbətən daha az tələbkardırlar bu da zamanla bir çox haqqı yeyilmiş əmək haqqına gətirib çıxardır. Növbəti məqaləmizdə maaşınızda necə düzgün artım tələb edəcəyiniz haqda ipucları paylaşacayıq.

 

Puldan özünü göstərmək üçün istifadə

Bütün yığdığınız kapitalın məhvi üçün ən asan yoldur. Sözsüz biz anlayırıq ki, siz İnstagramda təzə ayaqqabılarınızı paylaşmaq istəyirsiz, yeni maşınınıza gələn tərifləri eşitmək istəyinizi də başa düşürük lakin ilkin reaksiyalar tez də sönəcək. Pulunuzun ən yaxşı investisyia yeri özünüz və şəxsi inkişafınızdır-online kurslar və kitablar, yaxınlarınızla keçirtdiyiniz maraqlı vaxt və ya unudulmaz,yeni bir təcrübə.

Yuxarıda paylaşdığımız ipucların həyata keçirdin və bank hesabınızın-sizin şəxsi inkişafınızla birgə- çiçəklənməsin görün. Sadaladıqlarımız səhvləri siz də etmisinizmi? Onlara neçə qalib gəlmisiz, bizimlə paylaşın.

 

 

Gunel Hasanova