rsz_unnamed_copy.jpg
 
 

 Günel Həsənova:

Tık-Tık xanım platformasının yaradıcısıcı Günel Həsənova Londonda fəaliyyət göstərən “HASANOVA” premium qadın geyim brendinin baş dizayner-meneceridir. Günel öz geyim kolleksiyalarını Londonun bir cox qalereyalarında (Saatchi Gallery, West Brompton Gallery və s) nümayiş etdirmişdir. HASANOVA brendi Küveytın qadınlar icması tərəfindən mükafata layiq görülmüş və geyim kollesksiyaları BAKU və Harpers Bazaar jurnallarında dərc olunmuşdur. Günel İngiltərənin Westminster Universitetində və Kembric Incəsənət Universitetində (CSVPA) magistr tələbələri üçün geyim biznesi uzrə seminarlar keçirmişdir. O, halhazırda  həmçinin Londonda Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü olaraq Dizayn şöbəsinə sədrlik edir və eyni zamanda Nargis jurnalının online moda bolməsinin yazarıdır.

unnamed-1.jpg
 
 

Ülviyyə Tağızadə:

Ülviyyə Tağızadə Somali və Böyük Britaniya layihələri üzrə fəaliyyət göstərən "Hear Woman" təşkilatı tərkibində könüllü, “London Diplomatic Spouses club" komitəsinin və London HSA PTA assosiasiyasının üzvüdür. O həmçinin “Active Westminster Awards 2017" mükafatının namizədi və “Westminster Community” 2018 Inspiration of the year mükafatçıdır. «Bağlılıq və beyin inkişafı», «Emosional kouçinq», «Bağlılıq anlayışı və təcrübədə istifadəsi», «Travma anlayışı» kursları üzrə sertifikatlara malikdir. Dr. Bek üzrə koqnitiv-davranış terapiyasını öyrənir. «BB-da Azərbaycan qadınları assosiasiyasının» yaradıcısı və fəxri prezidentidir. Əkizlərin anasıdır. «Proqressiv Pozitiv Valideynlik» proqramının müəllifidir.

vv-b-w.png
 
 

Vəfa Veysəlova:

Vəfa Veysəlova strateji kommunikasiya və biznesin inkişafı sahəsində geniş və çoxillik təcrübəyə malikdir. O, Beynəlxalq Qızıl Xaç Komitəsi, BBC Dünya Xidməti, Norveçin milli enerji şirkəti Equinorda, eləcə də Avropanın bir sıra bizneslərində məsləhətçi qismində çalışıb.  Vəfa keçmiş Sovet İttifaqı, Afrika, Qərbi və Şimali Avropada yaşayaraq çalışıb.
O, hal-hazırda Böyük Britaniya, Azərbaycan və Albaniyada bir sıra layihələr üzərində işləyir.

3128fc75-0afb-4824-b144-769e9d.jpg
 
 

Nərgiz De Bare:

Nərgiz De Bare Nyu-Yorkun Kolumbiya Universitetinin Barnard Kollecinin İqtisadiyyat fakültəsini 2018-ci ildə bitirib.  
Nərgiz hazırda Albaniyada bir sıra tanınmış biznes sahibi üçün strateji məsləhətçi kimi işləyir. O, eləcə də, Albaniyada turizmin inkişafı üzrə start-up sahibidir. 
Nərgiz Keniyada doğulub, İngiltərədə, Norveçdə, Balkan ölkələrində, Azərbaycanda və ABŞ-da yaşayaraq təhsil alıb.

0.jpg
 
 

Dəniz Həsənova:

Dəniz Həsənova analıq barədə məlumatlarla zəngin, maarifləndirici “mamade”blogunun yaradıcısıdır. Uşaq baxımı haqda təcrübəsi az olan analar üçün başucu kitabı məzmunlu bu blog ”Uniceflə”, ”P&G” və bir sıra başqa məhşur brendlərlə əməkdaşlıq etmişdir.
Dəniz Həsənova bu yaxınlarda məktəbə qədər olan uşaqlar üçün nağıl kitabı nəşrinə başlamışdır.

img_7505-1.jpg
 

Eleni Christine Papaiacovou-Lane:

Eleni New York Universitetinin Qida və Səhiyyə fakultəsini bitirmişdir və hal-hazırda SOAS London Universitetinin Yaxın və Orta Şərq Tədqiqatlar fakultəsinin magistr tələbəsidir. O, New York Universitetində Təcavüzə və cinsi zorakılığa qarşı kişilər birliyinin qurulmasında yaxından iştirak etmişdir. Eleni qadın sahibkarları ilə yaxın iş birliklərində çalışmağa davam edir və fəaliyyətini tarixdə iz qoymuş qadınların daha da tanınması istiqamətində irəlilətməyi umid edir.