Hamiləlikdə Düzgün Qidalanma

unnamed.jpg

Hamilə olduğunuzu bildiyiniz ilk gündən etibarən,çiyinlərinizdə ikiqat məsuliyyət hiss edir və öncədən yediyiniz qidaları sorğulamağa başlayırsınız.Görəsən bu qidanın körpəmə ziyanı olar mı? Hansı qidalar körpəm üçün xeyirlidir? - və.s

Artıq bədəninizdə yeni həyat yarandığı üçün,qida rasionunuza bol vitamin və minerallarla zəngin qidaları əlavə etməyin vaxtıdır.Çünki döl,özünə lazım olan qidalı maddələri anadan alır.Buna görə də,düzgün qidalanma həm ana,həm də körpə üçün əhəmiyyətlidir. Hamiləliyin ilk dönəmlərində olan bulantılar sizin qidalanmağınıza mane olsada,həkimlərin məsləhət gördüyü kimi "az-az amma tez-tez yeyin" Bəs hamilənin qida rasionu necə olmalıdır??Hansı qidaları əlavə edib,hansıları çıxarmalıyıq???

İlk öncə əlvida deməli olduğumuz qidalardan başlayaq.


SPİRTLİ İÇKİLƏR
Hamiləlikdə spirtli içki istifadəsi çox ciddi fəsadlar törədə bilər.Ona görə də,həkimlər tərəfindən məsləhət görülmür.


ŞƏKƏR
Tərkibində həddən artıq şəkər olan qidalardan(tort,keks və.s)uzaq durun.

KOFEİN TƏRKİBLİ İÇKİLƏR
Qəhvə və çay kimi kofein tərkibli içkilərdən hamiləlikdə mümkün qədər az istifadə etməyə çalışın(gün ərzində 1-2 fincan)

KOLBASA, SOSİSKA
İşlənmiş ətlərin tərkibində listeria bakteriyası olduğu üçün hamiləlikdə istifadəsi məhdudlaşdırılmalıdır.

HAZIR QİDALAR
Marketlərdə satılan dondurulmuş və konservləşdirilmiş qidalardan hamiləlik müddətində istifadə etməməkdə fayda var.


İndi isə keçək əsas məsələyə yəni hamiləlikdə ehtiyacınız olan vitamin və minerallarla zəngin qidalara.

KALSİUM
Kalsium körpənizin sümük (diş) sisteminin formalaşması üçün vacib olan elementdir.Pendir,süd,qatıq,kəsmik,yumurta,ispanaq,kök,qoz,fındıq,ağ çörək,kələm,lobya,badam,ərik balıq və.s kimi qidalar kalsiumla zəngindir.

DƏMİR
Qanın yaranması və yaranan qana yeterli oksigenin daşınması üçün hamiləlikdə bol-bol tərkibində dəmir olan qidalardan istifadə etmək lazımdır.Bunlar hansılardır???Alma,qırmızı ət,lobya,yumurta,qurudulmuş meyvələr,heyva,xurma,armud,üzüm,çuğundur,balqabaq,əncir və.s

FOL TURŞUSU
Fol turşusu mərkəzi sinir sistemi və onurğanın inkişafı üçün vacibdir.Çörək,düyü,qarğıdalı,lobya,banan,noxud,ispanaq və.s fol turşusu ilə zəngin qidalar siyahısındadır.

ZÜLAL
Hamiləlik dövründə artan zülal ehtiyacını qarşılamaq üçün ət,balıq,toyuq,yumurta,süd və süd məhsulları,fındıq,badam kimi protein tərkibli qidalardan istifadə etmək lazımdır.

C VITAMINI
C vitamini əksikliyi erkən doğum riskinə gətirib çıxara bilir.Bundan əlavə bədənin mikroblara qarşı müqavimətinin artmasında C vitamininin böyük rolu vardır.C vitamini ilə zəngin qidalar bunlardır:çiyələk,limon,portağal,pomidor,kələm,alma,itburnu,üzüm,kök,qara qarağat və.s

BestMamaGroup, Asya

Gunel Hasanova