Uşaqlar hansı çizgi filmlərinə baxsınlar?

Uşaqlar hansı çizgi filmlərinə baxsınlar?

Müasir dünyada həyatımızı texnologiyasız təsəvvür etmək bəzən çox çətindir. İndi analar yalnız doğuş zamanı, bilavasitə doğuşa girərkən telefonu qoyur və bitən kimi yenidən götürür. Bu qınanmalı hal deyil-reallıqdır. Belə olan halda gec-tez uşaq da telefonla tanış olur. Yaxşı olar ki, bu tanışlıq ilk bir il ümumiyyətlə olmasın, sonra isə sizin bir başa nəzarətiniz altında baş versin.

Bir nüansı unutmamaq lazımdır-TV və qadjetlər uşağın dayəsinə çevrilməməlidir. Mən özüm də anayam və ilk bir il dayəsiz, sonrakı aylar köməklə indi isə yenə dayəsiz baxıram. Uşağla bütün günün keçirilməsinin necə yorucu bəzən hətta sıxıcı olduğun çox yaxşı anlayıram, buna ev işləri də əlavə olduqda heç nəyə vaxt qalmır. Bəs nə etməli?

Biz mediadan uzaq dura bilmərik, belə olan halda uşaqlarımıza bunu düzgün istifadə etməyə öyrətməliyik. Onlar seyr etdirdiyimiz çizgi filmləri iki əsas tələbə cavab verməlidir.

1) Öyrədici

2) Asta ritmli

Gəlin baxaq niyə? Öyrədici olması yəqin hamımıza aydındır. Bir var uşaq zombi kimi ekrana baxsın və nəticədə nitq ləngiməsi, beyin yorğunluğu, piylənmə, asılılıq qazansın bir də var baxdığı müddətdə nələrsə öyrənsin, kəşf elesin, inkişaf etsin.

Asta ritmli olması da çox vacib amildir. Misal olaraq “Spongebob Squarepants”i götürək. Tədqiqatçılar bir test keçirdiblər. Bu test nətiçəsində məlum olub ki, 4 yaşlı uşaqlar “spongebob”u izlədikdən dərhal sonra diqqət testi və məsələ həllində daha aşağı nəticə yığıblar. Həmin vaxt şəkil çəkən və ya asta ritmli çizgi film izləyən uşaqların nəticəsi isə daha yüksək olub. Misalımızdakı spongebobda şəkillər təxminən 11 saniyədən bir dəyişir,lakin asta ritmli çizgi filmində bu vaxt 34 saniyə təşkil edir.

Bu test nətiçəsində məlum olub ki, 4 yaşlı uşaqlar “spongebob”u izlədikdən dərhal sonra diqqət testi və məsələ həllində daha aşağı nəticə yığıblar.

Ümumiyyətlə, uşaqların ekran qarşısında keçirtdikləri vaxt limitli olmalıdır. Pediatrların tövsiyyə etdiyi vaxt 2-5 yaşlı uşaqlar üçün bir saatdır (bu bütün qadjetlərə aiddir). İlk 18 ay isə heç məsləhət görülmür.

Aşağıda təqdim olunmuş siyahıda top 10 məsləhət gördüyüm cizgi filmi sıralamışam. Bir dənə də qızıl qaydam və sirrimi sizlə bölüşüm, çizgi filmi nə qədər öyrədici olsa uşaqlar ekran başında daha az vaxt keçidir, çünki hipnoz eleyen heç nə olmur. İndi isə keçək siyahıya,hər cizgi filminin yanındakı linkdən istifadə edib seyr edə bilərsiz:

1. Dora:

Dora adlı səyyah qızın və meymunun ətraf aləmi öyrənməsindən bəhs edir. Cizgi filmi uşaqlarda özünə inam,məsələlərin həlli,diqqət və təmkin aşılayır

2. Curious George:

George adlı meymunun gündəlik həyatda başına gələn məzəli əhvalatlarla dolu hekayələr toplusudur

3. Sid the Science Kid:

Sid adlı məktəbə gedən oğlanın elmə qarşı marağı göstərilir. Valideynlər də eksperimentlər üçün burdan bir çox maraqlı ideyalar götürə bilərlər

4. Daniel Tiger’s Neighborhood:

4 yaşlı utancaq ayının həyat və məktəb haqda təsəvvürlərin formalaşdıran və onu sosial həyata hazırlayan cizgi filmi

5. Mouk:

Dünyanı velosipedlə gəzib, öyrənən ayıcıqdan bəhs edir. Fərqli ölkələri mədəniyyətləri kəşf etməyə kömək olur

6. Смарта и чудо сумка:

Doranı sevən uşaqlar üçün ona bənzər kəşfiyyatçı ruhunda, interaktiv cizgi filmi

7. Экскаватор Мася:

Əsas qayəsi maşınlar olsa da bir çox fərqli mövzuya toxunan, inkişaf etdirici cizgi film

8. Мы идем по лесу:

Cunqli, ferma və meşədə yaşayan heyvanları fotoqraf Otto və onun sadiq itiylə öyrədən cizgi filmi

9. Три кота:

3 bala pişiyin macəralarından bəhs edir. Hər bölümü tərbiyəvi, nümunəvi dərslə bitir

10. Super Simple Songs:

Bu youtube kanalında 3-4 dəqiqəlik qısa, ritmik mahnılar tapa bilərsiz

Gunel Hasanova