“Özü yıxılan ağlamaz..”

Belə bir məsəl var. Əslində daha məcazi məna daşıyır və böyüklərə aid edilir amma ushaqlarçün da keçərlidir mənə görə.

Anaların təbiətində uşağın təhlükələrdən qorumaq var.Quş bala çıxardanda onu ətraf təhlukələrdən qoruyur,yeməyi yuvasına gətirib dimdiyindən yedirdir.Ta ki, bala quş bir az böyüyüb özü özünü qoruya bilənə qədər. O gün gəlib çatanda quş balasın yuvadan itələyir və özünün uçmasın gözləyir.Bala quş da bir neçə uğursuzluqdan sonra uçur və sərbəstlik qazanır.

Insanlarda,xüsusən bizim kimi ailəyə bağlı xalqlarda bu prosses ya olmur ya da çox geç olur.

Yıxılmaq məsələsinə baxaq. Uşaqların yıxılaraq böyüməsi çox vacibdir. Bu təbii prossesdir.Həm psixoloji,həm də fiziki cəhətdən.

Yıxılmaq məsələsinə baxaq. Uşaqların yıxılaraq böyüməsi çox vacibdir.

Psixoloji cəhətdən baxsaq, görərik ki, yıxılıb ayağa qalxan uşaqda özünə inam yaranir. Çünki öz gücünə edir bunu. Beləcə gələn dəfə pilləkan görəndə kor koranə ordan özün atmır. Tutaraq ehtiyyat edərək və müvazinətini saxlayaraq düşür. Yıxıldıqdan sonra ayağa qalxanda isə özünə güvəni yaranır, bilir ki, bunu özü tək bacardı.

Psixoloji cəhətdən baxsaq, görərik ki, yıxılıb ayağa qalxan uşaqda özünə inam yaranir.

Bəzi mamalar uşağın ayağı ilişən kimi qışqır bağır salırlar. Əksər hallarda uşağa heç nə olmur amma ananın panikasın görən uşaq yıxılmaqdan çox qorxulu şey olduğun düşünür, qorxur, ağlamağa başlayır.

Fiziki cəhətdən isə yıxılmış uşağın ayağa durması onun onurğa sistemin möhkəmləndirir, qol və ayaq əzələlərin inkişaf etdirir. Ayağa durarkən bütün bədən hərəkət edir və nəticədə uşağın əzələ sistemi işləmiş olur.Deməli əslində yıxılmaq bilindiyi qədər pis bir şey deyil.

Bəs neyləmək lazımdır?

•Uşaq yıxılan an həmin dəqiqə onun yanına qaçıb qaldırmayın, özünə şans verin.

•Yanında durub-heç nə olmaz, bilirəm incitdi, hamımızı yıxılırıq, özün qalxmağa calış-deyin.

•Əgər əvvəldən panikayla uşağın üstünə qaçmısızsa. Indi yıxılanda o ağlayacaq çünki qorxur artıq yıxılmaqdan. Yanına gedin və ona bunu normal hal olduğunu başa salın, özü durmağı üçün cəsarətləndirin

•Yıxılanda-çolaqsan, düz yerdə yıxılırsan,korsan-və bu kimi təhqiramiz sözlər işlətməyin. (Ümumiyyətlə bu sözləri heç vaxt işlətməyin)

Həmişə yazıram və deyirəm bunu. Qoyun uşaqlarınız uşaqlığın yaşasınlar. Böyük xala, dayı olanda, hündürdaban ayaqqabı və kostyumda yıxılmaq şansları olmayacaq. Ona görə buraxın indi istədikləri kimi oynasınlar.Yıxılmaq isə oynamağın təbii və ayrılmaz hissəsidir.

 

Gunel Hasanova