Dilotu - Uşaq nǝ vaxt dil açıb danışmalıdır?

Bu mövzuda da digǝr bir çox mövzular kimi norma yoxdur, yǝniki hǝr uşaq üçün fǝrdi bir mǝsǝlǝdir.Dili mühit formalaşdırır.Bǝs mǝn necǝ elǝdim ki,Murad danışdı? İlk növbǝdǝ mǝn onunla çox danışdım.Bunun yalnız bir yolu var,o da ki uşaqla bol-bol ünsiyyǝt qurmaq, ǝtrafda baş verǝn hǝr şeyi ( imkan daxilindǝ) uşağa anlatmaq, ilk dǝfǝ gördüyü hǝr bir şeyin adın demǝk. Bu haqda bir-iki misal verim.

  1. Hǝyǝtdǝ Muradla gǝzirik.Başlayıram hava haqqıbda danışmağa.Sonra pişik görürük.Onunla göz sǝviyyǝsinǝ enib (pişiklǝ yox,Muradla):"gör nǝ qǝşǝng pişikdir,necǝ böyük,yaşıl gözlǝri var,myau eleyir,sǝn dǝ elǝ baxım,balaca qulaqları var" vǝ s.pişik barǝdǝ danışıram.Sonra hǝyǝtdǝ gǝzdiyimiz müddǝtdǝ 3-4 dǝfǝ dedikǝrimi tǝkrarlayıram.

  2. Başqa bir misal verim. Tutaq ki,Muradın ayağı daşa dǝyib vǝ ağlayır.Qucağıma alıb keçirdiyi hislǝri ona demǝyǝ başlayıram-Muradın ayağı daşa dǝydi,barmağı incitdi,daş bǝrk idi ona görǝ yumşaq barmağı ǝzildi. Uşaqlar hislǝri ayird ede bilmǝdiyi üçün bu hǝm hislǝri öyrǝnmǝyǝ, hǝm dǝ bilavasitǝ nitqin inkişafına kömǝk edir. Bununla yanaşı,hǝyǝtdǝ gǝzǝndǝ-bax necǝ uca yaşıl ağaclar var,yolda maşınlar gedir,bip-bip eleyirlǝr deyǝrǝk vǝ elǝcǝ dǝ, qabağımıza nǝ çıxsa tǝsvir etmǝyǝ çalışıram. Qeyd: Bu metodu seçǝcǝk olsaz,mütlǝq yanınızda su götürün.Adamın bir tǝrǝfli danışmaqdan boğazı quruyur.

Araşdırmalara görǝ,ortalama bir yaşına çatmış uşaq öz ilk sözünü deyir,bu da ǝsasǝn “mama”,”dǝdǝ” olur.Lakin yuxarıda da qeyd etdiyim kimi burda norma deyǝ bir şey yoxdur.
Uşağınızla danışdığınız hǝr bir söz onun lüğǝt ehtiyatına gedir.Bu gün siz ona mǝsǝlǝn "burun” sözünü öyrǝtmǝyǝ çalışsaz, o bunu demǝyǝ bilǝr amma vaxt keçdikdǝn sonra,gözlǝmǝdiyiniz anda sizin dediklǝrinizi tǝkrarlamağa başlayacaqdır.

Uşağınızla danışdığınız hǝr bir söz onun lüğǝt ehtiyatına gedir.

Mǝnǝ görǝ,bu işdǝ bütün işlǝrdǝ olduğu kimi ǝn vacibi ǝzmli olmaqdır.Ruhdan düşmǝyin!Hǝr şey haqqında vǝ daima danışın.
Bir dǝ ekran qarşısında keçirdiyi zamanı azaldın.Cizgi filminǝ baxan uşaqda danışma tǝlǝbatı olmur,sadǝcǝ qulaq asır.Əgǝr baxırsa belǝ siz de yanında olub cizgi filmiylǝ bağlı suallar verin.

Bir mǝqam daha,barmağıyla göstǝrib ya da “bunu” dediyi hǝr şeyi hǝmin an vermǝyin. Yaxşı olar ki, birinci istǝdiyi ǝşyanın adını tǝlǝffüz elǝsin.Misal üçün barmağı ilǝ işarǝ edǝrǝk çörǝyi göstǝrir.Mǝn: "Murad çörǝk istǝyir,yǝqin ki, ac olub. Tǝkcǝ çörǝk istǝyirsǝn yoxsa pendirli çörǝk?" vǝ s.

Sonda isǝ bunu deyim ki,dilin açılmasında ǝn mühim rol anaya yǝniki uşaqla ǝn çox vaxt keçirǝn şǝxsǝ düşür. Əşyaları öz adıyla çağırmağınız, buvva,cızza vǝ s. sözlǝrin ǝvǝzinǝ uşağınızla yaşıdınız kimi danışmağınız mǝqsǝdǝ daha müvafiqdir. Unutmayın hǝr uşaq fǝrqlidir,uşağınızı müqayisǝ elemǝyin vǝ daima inkişaf etdirin.

Sonda isǝ bunu deyim ki,dilin açılmasında ǝn mühim rol anaya yǝniki uşaqla ǝn çox vaxt keçirǝn şǝxsǝ düşür.

Gunel Hasanova